Dörd gün əvvəl Kürdə batan 20 yaşlı qızın meyiti tapılıb

Dörd gün əvvəl Kürdə batan 20 yaşlı qızın meyiti tapılıb


Sabirabadda Kür çayında batan 20 yaşlı qızın meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, sentyabrın 13-də Kürün Sabirabad rayonu ərazisindən keçən hissəsində batan, rayonun Narlıq kənd sakini, 1996-cı il təvəllüdlü Qəhrəmanova Sevanə Polad qızının meyiti bu gün saat 9.00 radələrində batdığı yerdən 10 kilometr aralıda Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək çıxarılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
856 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...