Metroya bomba qoyacağı ilə bağlı yalan məlumat verdi, həbs olundu

Metroya bomba qoyacağı ilə bağlı yalan məlumat verdi, həbs olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinə (DİN) zəng edərək metroya bomba qoyacağı barədə yalan məlumat verməkdə ittiham olunan 1977-ci il təvəllüdlü Fəqani İsmayılovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.


Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Azər Orucov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, bu ilin fevral ayında naməlum şəxs DİN-ə zəng edərək metroya bomba qoyacağını deyib. 102 xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini F.İsmayılov olması müəyyən edilib. F.İsmayılov həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham elan edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
772 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...