Şəkidə dələduzluqla məşğul olan "polislər" saxlanılıb
[b]Daxili İşlər Nazirliyi Şəkidə qeydə alınan dələduzluq faktı ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 4-də Şəki rayonunun Aşağı Göynük kəndində rayon sakini Sərvan Rəsulova məxsus mağazaya gələrək özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona məxsus “VAZ-21099” markalı avtomobili aparıb.
Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Hüseyn Hüseynov və Rəfael Qoçayev tutulub, digər şəxs isə müəyyən edilib.
Avtomobil sahibinə qaytarılıb.
Araşdırmalar zamanı cari il sentyabrın 14-də H. Hüseynovun soyğunçuluq yolu ilə Sərvandan 192 manat, habelə 2015-ci ilin iyul ayında H. Hüseynovun və S.Məhərrəmovanın Sərvanın qardaşı Sərxandan 50 manat və 20 litr benzin almaları da müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
Şəkidə özlərini polis kimi təqdim edərək dələduzluqla məşğul olan Gəncə sakinləri saxlanılıb.
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, özlərini jurnalist kimi təqdim edən şəxslər Şəki Şəhər-Rayon Polis Şöbəsinə Şəki rayon sakinləri olan və Şəki şəhərində ticarətlə məşğul olan Fərman və Sərxan Rəsulov qardaşlarından şantaj yolu ilə pul alıblar.
Şəki ŞRPŞ-nin əməliyyat-axtarış qrupunun əməkdaşları məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində özlərini jurnalist kimi təqdim edərək, dələduzluq yolu ilə Fərman və Sərxan Rəsulov qardaşlarından pul alan şəxslərin Gəncə şəhər sakinləri 1978-ci il təvəllüdlü Hüseyn Rəfi oğlu Hüseynov və 1977-ci il təvəllüdlü Rəfail Teymurad oğlu Qocayev olduğu müəyyən edilib. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib.
Aparılan ilkin istintaq zamanı məlum olub ki, Hüseyn Hüseynov və Rəfail Qocayev özlərini Fərman və Sərxan Rəsulov qardaşlarına jurnalist kimi təqdim edərək şantaj etmə yolu ilə onlardan ümumilikdə 242 manat pul alıblar.
Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, Hüseyn Hüseynov və Rəfail Qocayevin Şəki rayon ərazisində digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır.
746 dəfə oxundu