Beynəlxalq Banka 20 milyon atanın evinə polis basqını
Sankt-Peterburq şəhərində yerləşən “Ermitaj” otelinin direktorunun evinə xüsusi təyinatlılar yeridilib. Lent.az-ın məlumatına görə, polis və xüsusi təyinatlılar “Ermitaj”ın baş direktoru Malik Babayevin evindən xeyli sənəd, habelə ev sahibinin notbukunu və disklər götürüblər. Rəsmi adı “The Hermitage Hotel” adlanan otel Peterburqun mərkəzində, “Pravda” küçəsində yerləşir. Otel MBİK şirkəti tərəfindən tikilib.
Qeyd edək ki, MBİK 2013-cü ildə məşhur “Ermitaj” muzeyinin yaxınlığında yerləşən binanı restavrasiya edib və onun yerində 126 yerlik “Ermitaj” oteli açıb. Muzeyin brendinin oteldə istifadə edilməsinə dair razılıq da alıb. Şirkət Azərbaycan Beynəlxalq Bankından restavrasiya işləri üçün kredit götürüb və qaytarmayıb. Kreditin məbləği faizləriylə birgə 20 milyon dollara yaxındır.
Bir qədər əvvəl Sankt-Peterburqun Arbitraj məhkəməsi Azərbaycan Beynəlxalq Bankının “Ermitaj” otelinə qarşı qaldırdığı bir neçə iddianı, o cümlədən 20 milyon dolların tutulub banka verilməsini rədd edib.
Məlumata görə, “Ermitaj”ın mülkiyyətçisi olan şirkətlə bank arasında məhkəmə çəkişmələri bununla yekunlaşmır. Hələ baxılmalı olan bir neçə iddia da var. İddialardan birində bank otelin binasına həbs qoyulmasını tələb edirdi. Lakin məhkəmə iddianı təmin etməyib.
832 dəfə oxundu