Azərbaycanlı iş adamı aeroportda saxlanıldı

Azərbaycanlı iş adamı aeroportda saxlanıldı

Rusiyada azərbaycanlı biznesmenə qarşı cinayət işi başlanılıb.

Rusiyada azərbaycanlı biznesmenə qarşı cinayət işi başlanılıb. Ans press-in Rusiya mətbuatına istinadən məlumatına görə, adı açıqlanmayan Rusiyanın Bryansk rayon sakini 1,3 milyon rubl borcu var. Bu səbəbdən ona qarşı iddiaçıların tələbi ilə iş açılıb.
Məlumata görə, azərbaycanlı iş adamı 2015-ci ilin əvvəlindən borcların bir qismini odəsə də, sonrada məhkəmə icraçıları ilə əlaqələri kəsib. Bu səbəbdən də onun Rusiyadan çıxmasına məhdudiyyət qoyulub.


Rusiya mətbuatı yazır ki, azərbaycanlı iş adamı may ayında vətənə qayıtmaq istəsə də, o aeroportda saxlanılıb. Həmyerlimizin Rusiyadan çıxmasına imkan verilməyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1464 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...