Bu il Azərbaycanda qadınlara qarşı 1747 zorakılıq cinayəti qeydə alınıb

Bu il Azərbaycanda qadınlara qarşı 1747 zorakılıq cinayəti qeydə alınıb


Bu ilin doqquz ayı ərzində Azərbaycanda qadınlara qarşı 4552, o cümlədən zorakılıqla bağlı 1747 cinayət qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Yetkinlik yaşına çatmayanlarla profilaktik isin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsinin açılış mərasimində deyib ki, bu hüquqa zidd əməllərə görə 2104 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub.

Onun sözlərinə görə, cinayətlərin 13 faizi, yəni 4552-dən 591-i və ya hər səkkizincisi ailə-məişət münaqişəsi zəminində baş verir. Şöbə rəisi vurğulayıb ki, hesabat dövründə qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı heç bir cinayət faktı qeydə alınmayıb: “Qadınlara qarşı zorakılıq, eləcə də məişət zorakılığı ilə bağlı nazirliyə və onun ərazi polis orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşılır. Münaqişəli ailələr uçota götürülərək aidiyyəti üzrə qurumlar da cəlb edilməklə qabaqlayıcı əməliyyat profilaktiki tədbirlər həyata keçirilir”.

A.Adıgözəlov əlavə edib ki, hazırda daxili işlər orqanlarında xidmət edən 2 860 qadından 1 347-si xüsusi rütbəsi olanlar, 1 513-ü mülki işçilərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
801 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...