Yasamalda 9-cu mərtəbədən yıxılan 12 yaşlı qız sağ qalıb

Yasamalda 9-cu mərtəbədən yıxılan 12 yaşlı qız sağ qalıb

Bakıda yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan qız sağ qalıb. "Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsi, 232 ünvanında baş verib. Həmin ünvandakı binanın 13 saylı mənzilində yaşayan 2004-cü il təvəllüdlü Lamiyə Namazova eyvandan yerə yıxılıb. Nəticədə azyaşlının ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Hadisə vaxtı L.Namazova evdə tək olub. Faktla bağlı araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...