Manaf Ağayev Çovdarovun işində ifadə veri

Manaf Ağayev Çovdarovun işində ifadə veri


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Reyhan Xəlilova ifadə verib. O, İlham Qasımovun rəhbərlik etdiyi “Real” MTK-ya Nərimanov rayonu ərazisində olan mənzilini satdığını deyib. Bildirib ki, 70,5 kvadratmetr olan evini “Real” MTK-ya 141 min manata satıb. Şahid deyib ki, İlham Qasımov xeyirxahlıq məqsədi ilə ona əlavə olaraq 25 min manat verib: “Qardaşımın oğlunun vəziyyəti ağır idi. Böyrək köçürülməli idi. İlham müəllim uşağı müalicə etdirəcəyini dedi. Evin pulundan əlavə 25 min manat verdi”.

Prosesdə şahid qismində “Real” MTK-nın baş mühasibi Ədilağa Hüseynov da ifadə verib. O, 2012-ci ildən şirkətdə çalışdığını bildirib. Şahid deyib ki, azərbaycanlı milyarder Gülağa Qəmbərov (Tənha) İlham Qasımovla şərik olub. Daha sonraİ. Qasımov “Real” MTK-dakı payını Gülağa Tənhaya satıb. Nərimanov rayonu ərazisində alınan evlərin köçürülməsi haqda danışan baş mühasib evlərin qiymətləndirilməsindən xəbərinin olmadığını deyib.

Digər şahid isə müğənni Manafa Ağayev olub. O, təqsirləndirilən İlham Qasımovu tanıdığını deyib. Müğənni bildirib ki, bina tikilməsi üçün alınan ərazidə iki qarajı olub. İ. Qasımovun bacısı oğlu onun yanına gələrək qarajları satmasını istəyib. M. Ağayev isə qarajları satmaq istəmədiyini, ancaq obyektlə dəyişə biləcəyini deyib: “Dayısını tanıyırdım. “Dedim ki, dayısına çatdırsın, ev ya da obyektlə dəyişə bilərəm. Ancaq sonradan alqı-satqı olmadı”.

Zərərçəkmiş Gülağa Tənhanın köməkçisi işlədiyini deyən Tofiq Bünyatzadə isə ifadəsində 2010-cu ildən Gülağa Tənhanın Bakıdakı bəzi işlərinə kömək etdiyini söyləyib. İttiham aktında qeyd edilən 19 milyon 687 min manatın İlham Qasımova verilməsində iştirak etdiyini deyən şahid pulun hansı məqsədlə verilməsindən və nəyə xərclənməsindən xəbərsiz olduğunu qeyd edib.

Şahid qismində dindirilənlərdən biri də Gülağa Qəmbərovun hüquqşünası Ağalar Quliyev olub. O, ifadəsində bildirib ki, Gülağa Tənha İ. Qasımova verilən pulların təyinatı üzrə xərclənib-xərclənmədiyini araşdırmaq ona tapşırıb. Bununla bağlı araşdırma aparan hüquqşünas qanunsuzluqlar aşkarladığını deyib.

Proses noyabrın 4-də davam edəcək.

Qeyd edək kİ, İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. İ. Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
728 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...