Qusarda onlayn qumarxana aşkarlandı - polis əməliyyat keçirdi

Qusarda onlayn qumarxana aşkarlandı -

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qusar rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz onlayn qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, qeyd edilən obyektdə keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində çay evində qanunsuz onlayn qumar oyunları təşkil edən Qusar sakinləri Zakir Hafizov, Əfqan Pirmuradov və Elmar Muradov saxlanılıb.

Həmçinin həmin obyektdə qumar oynayan daha 3 vətəndaş müəyyən edilərək barələrində qanuna müvafiq tədbir görülüb. Çay evinə baxış keçirilən zaman mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, müştərilən tərəfindən oynanılan uduşlu kuponlar, xüsusi online qumar proqramlarında qeydiyyatdan keçmək üçün istifadə olunan elektron avadanlıqlar, eləcə də iş üçün maraq kəsb edən digər əşyalar aşkar edilərək götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Xatırladaq ki, Baş idarənin əməkdaşları bir neçə gün əvvəl Bakının Binəqədi rayonu ərazisində də qanunsuz mərc və qumar oyunları təşkil edən dəstə yaxalamışdı.


Qusarda onlayn qumarxana aşkarlandı -
Qusarda onlayn qumarxana aşkarlandı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
980 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...