"Azərbaycan Dəmir Yolları"nın əməkdaşı polisə şikayət etdi: 90 min manatını alıblar

"Azərbaycan Dəmir Yolları"nın əməkdaşı polisə şikayət etdi:


Bakıda vəzifəli şəxsə qarşı külli məbləğdə dələduzluq edilib.

GUNDEMİNFO.AZ report-a istinadən bildirir ki, Hüsaməddin Məlikov adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2009-cu ilin aprel ayında Bakı şəhər sakinləri Yaşar və Əlisafa adlı şəxslər onu aldadaraq 90 000 manat alıblar. O, şikayət ərizəsində ötən 7 il müddətində pulunu ala bilmədiyini vurğulayıb. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. H.Məlikov "Azərbaycan Dəmir Yolları" QSC-nin Yük və kommersiya şöbəsində yüksək vəzifə tutur.

QSC-nin mətbuat katibi Nadir Əzməmmədov açıqlamasında H.Məlikovun bu qurumda işlədiyini təsdiqləyib. Lakin o, QSC-nin vəzifəli şəxsinə qarşı dələduzluq edilməsindən xəbərsiz olduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...