Akif Çovdarovun qızı və oğlu dindirildi

Akif Çovdarovun qızı və oğlu dindirildi


Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə A. Çovdarovun qızı və oğlu şahid kimi ifadə veriblər.

Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, şahid qismində dindirilmiş Qasımova Aidə Akif qızı ifadəsində göstərib ki, MTN-nin sabiq baş idarə rəisi Akif Çovdarovun böyük qızıdır, 1998-ci ilin noyabr ayında Qasımov Rövşən İsa oğlu ilə evlənib və birgə nikahdan 2 qız övladı olub.

2005 və ya 2006-cı illərdə Rövşən Qasımov Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən meyvə-tərəvəz bazarının yarı hissəsini uzun müddət münasibətdə olduğu Elşən Hüseynov adlı şəxslə şərikli olaraq almaq istəyib. Həmin vaxtlarda əri ilə birlikdə onun biznes işləri ilə əlaqədar Rusiya Federasiyası Yekaterinburq şəhərində olub. Rövşən hissə-hissə 110.000 ABŞ dolları məbləğində pulu Elşənə verib. 2006-cı ildə Bakı şəhərinə köçüblər.

Rövşən Rusiyadakı biznesini də Bakıdan idarə etməyə başlayıb, bazarla bağlı hər bir səlahiyyət faktiki olaraq Elşəndə olub. 2013-cü ildə Rövşən onu Binəqədi rayonunda köhnə polis idarəsinin qarşısında yerləşən notariusa aparıb, orada müəyyən sənədlərə imza edib. Sonradan ərinin deməsinə görə imzaladığı sənədlər Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən “Nəzrin E MMC”-nin tərkibində olan meyvə-tərəvəz bazarının 50 faizinin Elşən Hüseynovun adından çıxarılaraq onun adına keçirilməsi ilə bağlı olub. Hazırda həmin bazarın 50 faiz pay hissəsi onun adınadır, digər 50 faiz hissəsi isə MTN-in nazir müavini Hilal Əsədovun arvadı Nüşabə Əsədovaya məxsusdur.

Şahid qismində dindirilmiş Çovdarov Ruslan Akif oğlu ifadəsində göstərib ki, “Nəzrin E” MMC-yə məxsus Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən meyvə-tərəvəz bazarı kürəkəni, Rövşən Qasımovun yaxın dostu Elşən Hüseynov tərəfindən 2006-cı ildə alınıb. Lakin bazarın 50 faizini alıb.

Sənədlə bazarın 50 faiz payı Elşən Hüseynovun adına rəsmiləşdirilsə də, Elşənə pulun çox hissəsini kürəkəni Rövşən Qasımov verib, sonradan isə Elşən həmin bazarı kürəkəni Rövşən Qasımova versə də, rəsmiləşmə onun bacısı Aida Qasımovanın adına aparılıb. Hazırda bazarın 50 faizi bacısı Aida Qasımovanın adına, digər 50 faizi isə bildiyinə görə Ənvər Məmmədov adlı şəxsə məxsus olub. Hazırda həmin payın kimə məxsus olduğunu bilmir.

Özünün həmin bazarda heç bir payı yoxdur. Ümumiyyətlə isə “Nəzrin E” MMC-in fəaliyyəti ilə bağlı heç bir rolu olmayıb. Atası Akif Çovdarovun xidməti fəaliyyətindən məlumatı yoxdur. Ondan iş fəaliyyəti ilə bağlı heç bir şey soruşmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...