“Bandotdel” Bakıda əməliyyat keçirdi – Tutulanlar var
Bakıda oğurluqla məşğul olan dəstəyə qarşı əməliyyat keçirilib
GUNDEMINFO.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-nə keçən gecə Dərnəgül qəsəbəsi ərazisində yerləşən "Kontakt" və "Evrolux" şirkətlərinə məxsus anbardan pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini Saleh Mehdiyev tutulubdur. Ondan 2 ədəd kondisioner və 1 ədəd tozsoran götürülüb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun hadisəni əvvəllər həmin anbarda işləmiş Bakı şəhər sakini Tərlan Əhmədağazadə, Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Quliyev, Samux rayon sakini, əvvəllər məhkum olunmuş Köçəri Piriyev və Saşa adlı şəxslə birgə törətməsi və anbardan təxminən 12 ədəd kondisioner, 1 ədəd tozsoran və 1 ədəd kombi oğurlamaları da müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə K.Piriyev tutulub, onun paytaxt ərazisində kirayədə yaşadığı evə baxış zamanı oradan 2 ədəd kondisioner və 1 ədəd kombi aşkar edilərək götürülüb.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əhmədağazadə də tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 7-də "Xəzər inşaat" şirkətinə məxsus anbardan 71168 manat dəyərində 53 ədəd kondisioner, 5 ədəd tozsoran, 21 ədəd kombi aparatı və digər əşyalar oğurlaması da müəyyən edilib.
854 dəfə oxundu