Akif Çovdarov vəkillərindən imtina etdi - SƏBƏB

Akif Çovdarov vəkillərindən imtina etdi -


Akif Çovdarov vəkillərindən imtina edib. Musavat.com xəbər verir ki, bunu sayta açıqlamasında vəkil Kamandar Nəsibov deyib. Vəkil bildirib ki, A.Çovdarov məhkəməyə etiraz olaraq onlardan imtina edib. "Akif Çovdarov məhkəmədə dedi k, əgər vəkillərim mənim səhhətimlə bağlı bir iş görə bilmirlərsə, onların verdikləri heç bir vəsatət təmin olinmirsa, mən onların xidmətindən imtina edirəm. Çovdarov dedi ki, məhkəmə sifariş yerinə yetirir və ona qarşı qərəzlidir. Bu səbəbdən də vəkillərindən imtina ilə bağlı məhkəməyə yazılı müraciət verib"- vəkil açıqlamasında deyib.

K.Nəsibov onu da bildirib ki, Çovdarov məhkəməyə oksigen balonu ilə gətirilibmiş. "Çovdarov nəfəs ala bilmədiyini deyir. Onu zorla məhkəməyə gətiriblər. Buna görə də o, etiraz edir. Biz vəsatət verdik ki, onun səhhəti ilə bağlı ekspertiza təyin olunsun. Digər vəsatətimiz məhkəmə heyətinə etirazla bağlı idi. Ancaq baxılmamış saxlanıldı"- deyə vəkil əlavə edib. Qeyd edək ki, Çovdarovun vəkillərdən imtina ilə bağlı müraciəti baxılmamış saxlanılıb. Məhkəmə prosesi noyabrın 15-nə təxirə salınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
829 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...