Gəncə polisi qadını lüt şəkillərlə şantaj edən şəxsi tutdu

Gəncə polisi qadını lüt şəkillərlə şantaj edən şəxsi tutdu

Gəncə şəhərində şantajla məşğul olan şəxs tutulub. Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 16-da Gəncə şəhərinin Yeni Gəncə qəsəbə sakini Rəfiqə (ad şərtidir) Kəpəz RPİ-yə müraciət edərək sosial şəbəkədə tanış olduğu “Maqa Qurbanlı” ləqəbli şəxsin ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini, əxlaqsız təkliflər göndərdiyini və ya 200 manat pul verməyi tələb etdiyini bildirib.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gülüstan qəsəbə sakini Məhərrəm Qurbanov saxlanılıb. Araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
988 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...