İdarə müdirinin evi yandı,ölən və yaralananlar var - BƏRDƏDƏ

İdarə müdirinin evi yandı,ölən və yaralananlar var -


Bərdə rayonunda fərdi yaşayış evi yanıb. Hadisə rayonun Nüşabə küçəsində, Bilman Şadlinskiyə məxsus evdə baş verib. Belə ki, noyabrın 23-dən 24-nə keçən gecə ikimərtəbəli evin birinci mərtəbəsində başlayan yanğın tezliklə 8 otaqlı evi bürüyüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Bərdə rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Bununla belə, ev sahibinin bibisi, 76 yaşlı Sülhiyyə Şadlinskaya yanaraq dünyasını dəyişib. Ev sahibinin həyat yoldaşı Aygun Şadliniskaya isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. İlkin ehtimala görə, yanğına evin birinci mərtəbəsində içərisinə qaz borusu quraşdırılmış odun sobası səbəb olub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Bilman Şadlinski Bərdə Rayon Məşğulluq Mərkəzinin direktorudur.(Report)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
830 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...