Bakıda xəstəxanada intihar hadisəsi baş verib

Bakıda xəstəxanada intihar hadisəsi baş verib


Bakıda xəstəxanada intihar hadisəsi baş verib


Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar hadisəsi baş verib. “Report”un xəbərinə görə, 64 yaşlı Yuriy Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən yerə ataraq intihar edib. Faktı “Report”a təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb: “Lakin Yuriy Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.

Onun meyiti morqa təhvil verilib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...