25 min dollara Milli Məclisə "işçi düzəldənə" hökm oxundu

25 min dollara Milli Məclisə "işçi düzəldənə" hökm oxundu

Bakıda vətəndaşı Milli Məclisdə işə düzəldəcəyini deyərək dələduzluq etməkdə təqsirləndirilən Fərasət Dəyyanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə F. Dəyyanov 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F. Dəyyanov zərərçəkən İsmayıl Quliyevin etibarından sui-istifadə edərək, onu, Milli Məclisin Aparatında hüquqşünas vəzifəsinə düzəldəcəyini deyərək, 25 min ABŞ dolları məbləğində pulunu mənimsəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
804 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...