Neftçalada 3 il əvvəl itkin düşmüş kişinin meyiti həyətlərində yandırılıbmış

Neftçalada 3 il əvvəl itkin düşmüş kişinin meyiti həyətlərində yandırılıbmış

Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, hazırda FHN-in əməkdaşları qətlə yetirilmiş şəxsin kisəyə yığılaraq Kür çayına atılmış yandırılmış bədən hissələrinin axtarışını həyata keçirirlər.

* * *

Neftçala rayonunun Yuxarı Qaraimanlı kəndində 3 il əvvəl itkin düşmüş kişinin meyiti öz həyətində basdırılıbmış.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 55 yaşlı Heybətov Aydın Dəmir oğlunun ailə münaqişəsi zəminində 2013-cü ilin iyul ayında qətlə yetirirlərək, meyitinin həyətdə yandırıldığı və yerdə qalan hissələrinin Kür çayına atıldığı məlum olub.

Qətli törətməkdə Aydın Heybətovun ailə üzvləri –həyat yoldaşı Tükəzban və 2 övladı şübhəli bilinərək saxlanılıb. 3 il ərzində Aydın Heybətovu soruşanlara ailəsindən Moskvaya “çörək pulu qazanmağa” getdiyi deyilirmiş. Amma mərhumun atası Dəmir kişinin təkidli şikayətlərindən sonra cinayətin üstü açılıb. Qeyd edək ki, qətlindən bir həftə sonra Aydın Heybətovun qızının toyu olub. Hazırda faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
945 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...