Jurnalistin qətlinə görə 6 nəfər həbs edildi - RƏSMİ

Jurnalistin qətlinə görə 6 nəfər həbs edildi -


Jurnalist Rasim Əliyevə xəsarət yetirməkdə təqsirləndirlən 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, onlar barəsində Səbayel rayon Məhkəməsinin tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həbs edilənlər arasında futbolçu Cavid Hüseynov və onun bibisioğlu Elşən İsmayılov da var. Vəkil Adəm Məmmədov APA-ya bildirib ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə C.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 307.1-ci və 307.2-ci maddələri ilə təqsirləndirilir. A. Məmmədov Səbail rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklərini də açıqlayıb.

Qeyd edək ki, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda hadisəsinin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işinin istintaqı Azərbaycan prezidenti İlham Əliyevin şəxsi nəzarətindədir. Qeyd edək ki, C. Hüseynovun həbsi barədə ilk xəbəri "Yeni Müsavat" qəzeti yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1261 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...