Moskvada "tanrı" həbs olundu

Moskvada "tanrı" həbs olundu


Moskva polisi özünü `tanrı Kuzya` adlandıran destruktiv sektanın rəhbərini saxlayıb.

Bu barədə AzVision.az `İnterfax`-a istinadən xəbər verir. `Özünü `tanrı` adlandıran destruktiv sektanın təşkilatçısı və onun yaxın köməkçiləri həbs olunub. 7 ünvan üzrə Moskvada yerləşən mənzillərdə axtarış aparılıb, böyük məbləğdə pul, spesifik ədəbiyyat və ekzotik heyvanlar müsadirə olunub”,- deyə Moskva polisinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov bildirib.

Hüquq mühafizə orqanları əməkdaşları “Tanrı Kuzya” sektasının təşkilatçısı və onun tərəfdarlarından 43 milyon rus rubl və 100 mindən çox ABŞ dolları müsadirə olunub. Sektantlara qarşı `Fırıldaqçılıq` maddəsi üzrə iş qaldırıla bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1166 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...