Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verdi

Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verdi

Azərbaycanın hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 46 yaşlı Murat Negiz vergidən yayınmaqda təqsirli bilinir. Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
Saytın əldə etdiyi məlumata görə, Murat Negiz Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub, şirkət direktoru kimi fəaliyyət göstərib. Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib. Onların hamısı vergidən yayınmada ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1434 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...