Azərbaycanlı fahişələr Türkiyədən qovuldu
Türkiyədə fahişəliklə məşğul olan Azərbaycan vətəndaşları deportasiya edilib.
Karaman şəhər polisinə əcnəbi qadınları pul qarşılığında fahişəlik etməsi barədə şikayət daxil olub. Dərhal əməliyyat aparan polis əməkdaşları 4 nəfəri təşkilatçı olmaq şərtilə 7 qadını saxlayıblar. Onlardan biri əcnəbi olub. Saxlanılanlardan 3 Azərbaycan vətəndaşı qadını ölkədən çıxarılıb, digərləri isə həbs edilib. Ölkədən çıxarılan azərbaycanlılar 34 yaşlı H.M, 43 yaşlı A.S və 36 yaşlı A.B-dır.
Tibbi müayinədən keçirilən qadınlardan 43 yaşlı A.S.-da “frengi” adında cinsi yolla keçən xəstəlik aşkarlanıb.
Bundan əvvəl də bu ilin yanvar ayında Türkiyədə fahişəliklə məşğul olan qadınlar saxlanılıb. Vanda keçirilən əməliyyat zamanı fahişəliklə məşğul olan 15 nəfər, onları bu işə məcbur edən 14 nəfər saxlanılıb.
7 ünvana eyni zamanda edilən basqın zamanı saxlanılan 15 nəfərdən 8-i Rusiya, 1-i Gürcüstan, 1-i isə Azərbaycan vətəndaşları olublar. Qadınları istismar edənlər arasında da azərbaycanlı olub.
Səhiyyə ocağına aparılan qadınlar yoxlamadan keçirilib. Yoxlama zamanı Azərbaycan vətəndaşı qadının QİÇS virusu daşıdığı ortaya çıxıb. Onun daha öncə Türkiyədən deportasiya edildiyi, lakin qanunsuz yollarla yenidən ölkəyə giriş etdiyi bəlli olub (ANS).
1125 dəfə oxundu