"İçki içməsəydim, belə eləməzdim" - İş başında tutulan oğru VIDEO

"İçki içməsəydim, belə eləməzdim" - İş başında tutulan oğru


Şəkidə silsilə oğurluqlar törədən şəxs iş başında saxlanılıb. O, 8-dən çox oğurluq cinayəti törədib. Şəkinin Kiçik Dəhnə kənd sakini Bünyad İsmayılov Dərəcənnət kəndində Dünyamalı Əliyevin tövləsindən 4 baş iribuynuzlu mal-qara oğurluyarkən saxlanıllb.

Bünyad İsmayılov ətrafında aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində onun digər oğurluqlarda da əlinin olduğu müəyyənləşib. O, bu ilin sentyabr-okyabr aylarında Şəkinin Kiçik Dəhnə, Cəfərabad, Aran və digər kəndlərində ümumilikdə 8-dən çox oğurluq cinayəti törədib. Nəticədə Bünyad İsmayılov başqalarına məxsus 35 başdan çox xırdabuynuzlu, 10 baş iribuynuzlu mal-qara, 50-dən çox ev quşunu qanunsuz yolla mənimsəyib.

Bünyad İsmayılov barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə cinayət işi başlanılıb. Hazırda faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində istintaq tədbirləri davam etdirilir. (Region TV)





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1089 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...