Azərbaycanlı narkobaron beynəlxalq axtarışa verildi

Azərbaycanlı narkobaron beynəlxalq axtarışa verildi

Azərbaycanlı narkobaron İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. "Report"un xəbərinə görə, bu barədə İnterpolun rəsmi saytında məlumat yerləşdirilib. Məlumata görə, 1959-cu il təvəllüdlü Mirşamil Əzizov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.

Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları M.Əzizov barəsində dövlətlərarası axtarış elan edib və onun saxlanılaraq ölkəyə gətirilməsi üçün İnterpola müraciət edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...