Avtomobili nömrəsiz idarə edən hərbçi yol polisindən şikayətçidir - FOTO

Gəncə sakini yol polisindən şikayətçidir.
Avtomobili nömrəsiz idarə edən hərbçi yol polisindən şikayətçidir -


Bu barədə Oxu.Az-a şikayətçinin özü məlumat verib.

O bildirir ki, avtomobili cərimə meydançasına aparılıb:

“Özümə aid olan “Mercedes” markalı 20-EH-466 dövlət nömrə nişanlı avtomobilin nömrəsi əzilib. Bu səbəbdən maşının arxa nömrəsini çıxarıb, düzəltdirməyə vermişəm. Yol polisi əməkdaşına da bu barədə məlumat verdim. Özüm də hərbçiyəm, elə formada ola-ola məni apardılar. “Avtoş” deyiləm, xuliqanlıq etməmişəm”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, vətəndaş “Mercedes” markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı tərəfindən saxlanılıb:

“Ona yol hərəkəti haqqında qanunun tələbləri izah olunub və bildirilib ki, dövlət qeydiyyat nişanı olmadan avtomobilin istismarı qadağandır. Buna görə də vətəndaşın avtomobili müvəqqəti duracağa yerləşdirilib. Yalnız nömrəni təqdim etdikdən sonra avtomobilini istismar edə bilər”.


Avtomobili nömrəsiz idarə edən hərbçi yol polisindən şikayətçidir -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
606 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...