Rusiyadan Azərbaycana dollar gətirmək istəyənlər tutuldu

Rusiyadan Azərbaycana dollar gətirmək istəyənlər tutuldu

Bu ilin əvvəlindən Ural Gömrük İdarəsi tərəfindən 573 gömrük qaydalarını pozma cəhdinin qarşısı alınıb.

“APA-Economics” İdarənin yaydığı məlumata istinadən xəbər verir ki, qanun pozuntularının üçdə biri Avrasiya İqtisadi Birliyinin gömrük ərazisinə malların idxalına qoyulan qadağalara və məhdudiyyətlərə əməl edilməməsi (zavod qablaşdırması olmadan evdə hazırlanan məhsulların idxalı) ilə bağlıdır.

“Həmçinin turistlər valyutalarını yazılı şəkildə bəyan etməyi də unudurlar. Bu günə kimi 191 inzibati xəta işi tərtib edilib ki, bu da ötən illə müqayisədə 3 dəfə çoxdur. Ölkədən çıxarılan ən populyar valyuta ABŞ dollarıdır. Əsasən, pullar BƏƏ və Azərbaycana çıxarılır”, - məlumatda bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...