"Rasim Məmmədov 13 milyon manatı geyim və restorana xərcləyib" - Şahid
"Baku Steel Company” şirkətində 13 milyon manat kəsir vardı".
GUNDEMİNFO.AZ report-a istinadən xəbər verir ki, bunu "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə iclasında şahid Zemfira Əliyeva deyib.
Şahid bildirib ki, "Baku Steel Company" şirkətində 2008-ci ildən xəzinədar vəzifəsində işləyir: "Kəsirlə bağlı rəhbəlikdə təmsil olunan Çingiz Həsənov və Kamran Qəhrəmanova dəfələrlə müraciət etdim. Lakin mənə söylədilər ki, bu sənin işin deyil. Həmin vaxt şirkətin direktoru Süleyman Məmmədov idi. Şirkətdə xəzinədar kimi mənim səlahiyyətim çek yazmaq olub. Xəzinəyə gündəlik təxminən 5-10 min manat daxil olurdu. Mən şəxsən şirkətdə 13 milyon manatı görməmişəm. Hazırda da orada işləyirəm. Şirkətin əsas rəhbəri Rasim Məmmədov olduğu üçün 13 milyon manat kəsiri də özü bağlamalı idi".
Şahidin sözlərinə görə, bu barədə ötən il Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib: "Ərizə yazıb qurumun şikayət qutusuna atdım. Bunu özümü sığortalamaq üçün etdim. Mən Rasim Məmmədova birbaşa pul verməmişəm".
Daha sonra Z.Əliyevanın ifadəsində ziddiyyətlər olduğu bildirilib. Onun ibtidai istintaqa verdiyi ifadə elan olunub.
Z.Əliyeva istintaq ifadəsində söyləyib ki, R.Məmmədova nağd şəkildə pul verilib. Lakin o, məhkəmədə bunu təsdiq etməyib.
Digər şahid Kamran Qəhrəmanov da dindirilib. O, "Baku Steel Company" şirkətinin baş mühasibi olduğunu, 2004-cü ildən orada çalışdığını qeyd edib: "2011-ci ildən şirkətin baş mühasibi təyin olunmuşam. Kassada olan 13 milyon manatlıq kəsir barədə dəfələrlə rəhbərliyə məlumat vermişəm. Çingiz müəllim dedi ki, bu sənin işin deyil, Rasim Məmmədov şirkətin rəhbəridir, özü bilər. Ümumiyyətlə Rasim Məmmədova 13 milyon manat pul verməmişəm".
K.Qəhrəmanovun da ifadələri arasında ziddiyyətlər olduğundan ibtidai istintaqdakı ifadəsi elan olunub. O bildirib ki, pullar Çingiz Həsənovun köməkçisi Səbinəyə verilib.
Şahid Xəyal Əhmədov spyləyib ki, "Azeristeel" şirkətində fəhlə işləyib. Onun sözlərinə görə, şirkətin giriş-çıxışına nəzarət edirmiş: "Mən bəzən Mübariz müəllimin verdiyi sənədləri və pulları tapşırdığı şəxslərə verirdim. Pulları sellofan torbada aparırdım. İçərisində nə qədər məbləğ olması barədə məlumatım olmurdu. Pulları əsasən Çingiz Həsənovun otağında katibəsinə verirdim".
Bildirilib ki, bu şahidin də ifadəsində ziddiyyətlər var.
Məhkəmənin növbəti iclası sentyabrın 30-da davam etdiriləcək.
İttihamda göstərilib ki, “Baku Steel Company” MMC 2009-cu ilin avqustunda qeydiyyatdan keçib.
Rasim Məmmədov 2021-ci il yanvarın 28-nə qədər şirkətin Müşahidə Şurasının sədri olub. O, zavoda rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən rəqəmləri şişirtməklə, başqa şəxslərin adına şirkətlər yaratmaqda, “Baku Steel Company”nin mallarını həmin şirkətlərə daha aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə ittiham olunur.
İttiham aktın əsasən, Rasim Məmmədov bu cür üsullarla ümumilikdə 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib. onun barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
628 dəfə oxundu