Ağsuda qohumunun evindən oğurluq edən şəxs tutulub - FOTO/VİDEO

Ağsuda qohumunun evindən oğurluq edən şəxs tutulub -
Ağsu şəhəri ərazisində yerləşən evdən oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən yaşadığı ünvandan ümumi dəyəri 5 min manata yaxın olan müxtəlif məişət əşyalarının, tikinti materiallarının və avtomobilin ehtiyat hissələrinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan GUNDEMİNFO.AZ-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qardaşlar Roman və Ceyhun Kərimovlar, eləcə də zərərçəkmişin qardaşı oğlu Ceyhun Səlimov saxlanılıblar.

Onlar əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdikləri əşyaları dəfələrlə aşağı qiymətə satdıqlarını bildiriblər. Oğurladıqlarının bir qismi isə həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ağsuda qohumunun evindən oğurluq edən şəxs tutulub -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...