DİM-in milyonlarla icarə haqqı ödədiyi binanın hazırkı sahibi Məleykə Abbaszadənin qohumudur? - DİM cavab vermədi...

DİM-in milyonlarla icarə haqqı ödədiyi binanın hazırkı sahibi Məleykə Abbaszadənin qohumudur? -
DİM-in milyonlarla icarə haqqıXəbər verdiyimiz kimi, Bakı Baş Səhiyyə Mərkəzi Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən və Natiq Vahib oğlu Zeynalova məxsus qeyri-yaşayış sahəsini 516 min 279 manat 12 qəpik qarşılığında bir illik müddətə icarəyə götürüb.
Yeniavaz.com xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin icarəyə götürdüyü binada daha əvvəl Dövlət İmtahan Mərkəzi (DİM) fəaliyyət göstərib və binanın hazırki sahibi Natiq Zeynalov DİM sədri Məleykə Abbaszadənin qohumudur.
Ötən yazıda qeyd etmişdik ki, məsələ ilə bağlı sullarımzı DİM-ə ünvanlamışıq. DİM-dən icarəyə götürdükləri bina üçün nə qədər icarə haqqı ödədiklərini və icarəyə götürülən binanın sahibi Zeynalov Natiq Vahib oğlunun DİM sədri Məleykə Abbaszadə ilə hansı qohumluq əlaqəsinin olduğunu soruşmuşduq.
Bu gün (25.11.2022) DİM-ə ünvanladığımız sullardan birinə cavab verilib. DİM Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən bina üçün nə qədər icarə haqqı ödədiklərinə aydınlıq gətirib. Lakin, 2-ci sualımıza – hazırda binanın sahibi olan Zeynalov Natiq Vahib oğlunun DİM sədri Məleykə Abbaszadə ilə hansı qohumluq əlaqəsinin olduğunu aydınlıq gətirilməyib.

DİM-in ilk sualımıza verdiyi cavabı olduğu kimi təqdim edirik:
“Məlum olduğu kimi, keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 17 ünvanında fəaliyyət göstərib. Həmin bina qəzalı vəziyyətdə olduğu üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 2013-cü ildə baxış keçirilib və binanın sökülüb yenidən inşası məqsədəuyğun hesab olunub.
Yekunda TQDK-nın struktur bölmələrinin bir-birindən ayrı bir neçə binada yerləşdirilməsi qərara alınıb. Belə ki, imtahan materiallarının çap olunduğu mətbəə üçün Bakı şəhəri, Xətai rayonu, H.Əliyev prospekti, 92-də, TQDK-nın Aparatına daxil olan əməkdaşlar üçün isə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binasında) və Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən binalar icarəyə götürülüb.
Sonuncu qeyd olunan, Mikayıl Müşfiq, 1M ünvanında yerləşən binanın və digər sahələrin (aşağıda qeyd olunub) icarəyə götürülməsi məqsədilə 2015-ci ildə STA İnşaat MMC adından Abdullayev Nəsimi ilə (2020-2021-ci illərdə - Həsənov Vaqif ilə) Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, sonra isə TQDK ləğv olunduğu üçün yeni yaradılan Dövlət İmtahan Mərkəzi arasında icarə müqaviləsi bağlanılıb. Müqaviləyə əsasən 2015-ci ildə STA İnşaat MMC Bakı şəhəri M.Müşfiq küçəsi, 1M ünvanında yerləşən, ümumi sahəsi 3108.43 kvadrat metr olan 5 mərtəbəli, zirzəmili və mansardlı, tam təmirli, mərkəzi havalandırma və ikili yanacaq tipli qazanxana ilə təchiz olunmuş mərkəzi istilik sistemli, liftli, ehtiyat elektrik təchizatlı, UPS sistemi, internet və intranetlə, daxili şəbəkə ilə, daxili və xarici nəzarət-mühafizə sistemləri ilə, yanğından mühafizə sistemi ilə, nasosxana və su anbarı ilə təchiz olunmuş qeyri-yaşayış binasını və açıq avtodayanacaq və yardımçı sahələri TQDK-ya icarəyə vermişdir. Əlavə olaraq: Abşeron rayonu sənaye zonasında TQDK-nın mal-materiallarının müvəqqəti yerləşdirilməsi üçün mühafizə olunan 9000 kvadrat metr açıq sahəni və 80 kvadrat metr qapalı anbarı; Binəqədi rayonu Mədən küçəsi, 4 ünvanında avadanlıqların yerləşdirilməsi və istifadəsi üçün tam təmirli 95 kvadrat metr zal və yardımçı otağı kommunal və mühafizə xərcləri daxil olmaqla TQDK-ya icarəyə vermişdir.
Müqaviləyə əsasən TQDK (sonra DİM) tərəfindən bütün qeyd olunanların müqabilində qarşı tərəfə hər ay 38112 (otuz səkkiz min yüz on iki) manat (ƏDV daxil) icarə haqqı (illik 457 min 344 manat – red.) ödənilib. Bütün icarə müddəti ərzində kommunal xərclər icarə haqqına daxil olmuş və İcarəyə verən tərəfindən ödənilmişdir.
Qeyd olunmalıdır ki, 2016-cı ildə Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən TQDK-nın fəaliyyətinin 2015-ci ili də əhatə edən dövrün auditi həyata keçirilmiş, qeyd olunan icarə müqaviləsinə dair heç bir irad tutulmamışdır.
DİM həmin binada 2021-ci il avqust ayına qədər fəaliyyət göstərib”.

Onu da qeyd edək ki, DİM-in verdiyi bu açıqlamadan da görülür ki, DİM 7 il müddətində Mikayıl Müşfiq 1M ünvanında yerləşən bina üçün ümumilikdə 3 milyon manatdan çox vəsait ödəyib. ödədiyi binanın hazırkı sahibi Məleykə Abbaszadənin qohumudur? - DİM cavab vermədi...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
433 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...