Mingəçevirdə Şəhidlər Xiyabanındakı muzeyin həyətini kim zibilləyir? - Video

Mingəçevirdə Şəhidlər Xiyabanındakı muzeyin həyətini kim zibilləyir? -

Sosial şəbəkələrdə Mingəçevir Şəhidlər Xiyabanında olan muzeyin arxa tərəfinə məişət tullantılarının atılmasını əks etdirən kadrlar paylaşılıb.

Məsələni araşdırmaq üçün həmin ünvana yollandıq və həqiqətən də muzeyin arxasında tullantıların toplanmasının şahidi olduq.
Bununla bağlı Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyinin bağbanı Əbdürrəhimov Mahir Yeniavaz.com-a bildirdi ki, xiyaban hər gün süpürülüb təmizlənir və yığılan zibillər daşınır.

Sadəcə şənbə-bazar günü olduğuna görə iş olmayıb və zibil ərazidən daşınmayıb. Bu gün ərazi zibillərdən təmizlənəcək.

Ərazidə olan şəhid valideynləri də məsələyə öz münasibətlərini bildiriblər.

Daha ətraflı:


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...