"Dünya Göz Azərbaycan" 215.4-cü maddəni pozdu - Məhkəmə nə qərar verəcək?

"Dünya Göz Azərbaycan"  215.4-cü maddəni pozdu -

Tanınmış "Dünya Göz Azərbaycan" Məhdud Məsuliyətli Cəmiyyəti qanunvericiliyi pozduğu üçün cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində tərtib olunan protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Şirkət rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsini pozmaqda təqsirli bilinir. Klinikada sertifikasiyadan keçməyən şəxslərin əczaçılıq fəaliyyətinə icazə verilib.

14.06.2023-cü il tarixində hakim Günel Səmədovanın sədrliyi ilə keçiriləcək məhkəmə işində iddia təmin olunarsa, "Dünya Göz Azərbaycan" 8 min manatadək cərimə cəzası gözləyir.

Qeyd edək ki, Dünyagöz Xəstəxanalar qrupunun qanuni təmsilçisi Adem Esgündür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
406 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...