Komitə ilə İctimai Şuranın üzvü arasında daha bir müqavilə – 412 min manatlıq tender

Komitə ilə İctimai Şuranın üzvü arasında daha bir müqavilə –

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi sifarişçi olduğu növbəti satınalmaya yaekun vurub.

Qlobal.az xəbər verir ki, Mərkəzin “Laçın rayonunun Kürdhacı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işləri”nin və “Laçın rayonunun Ərikli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işləri”nin satın alınması lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 412.250 manat, qalibi isə “BUREAU MÜHİT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Komitə ilə İctimai Şuranın üzvü arasında daha bir müqavilə –
Komitə ilə İctimai Şuranın üzvü arasında daha bir müqavilə –

“BUREAU MÜHİT” Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin iyun ayının 16-da təsis edilib. Şirkətin hüquqi ünvanı Xətai rayoni, Məhəmməd Hadi küçəsi ev 82, mənzil 3 ünvanı, qanuni təmsilçisi isə Bayramov Toğrul Şahin oğludur.

“Bureau Mühit” MMC-nin rəhbəri Bayramov Toğrul şahin oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür.
Komitə ilə İctimai Şuranın üzvü arasında daha bir müqavilə –
Komitə ilə İctimai Şuranın üzvü arasında daha bir müqavilə –

Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 2022-ci ildə sifarişçi olduğu satınalmada “Bureau Mühit” MMC qalib elan edilib.

Belə ki, Mərkəzin 2022-ci ilin aprel ayının 28-də yekun vurduğu satınalmada “Bureau Mühit” MMC üç lot üzrə – Laçın rayonunun Şəlvə kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması (292.247 manat), Kəlbəcər rayonunun Zar kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması (365.800 manat) və Cəbrayıl rayonunun Xudafərin qəsəbəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması (185.000 manat) – qalib elan edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
242 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...