İcra başçısı vəzifədən azad olunur: Məhkəmədə dediyi sözlər onu “bitirdi”

İcra başçısı vəzifədən azad olunur:
Sabunçu rayonunun icra hakimiyyətinin başçısı Adil Vəliyevin karyerası üçün ciddi təhlükə yaranıb. Ötən həftə “Xural TV” internet kanalının təsisçisi Əvəz Zeynallının barəsində olan cinayəti işi üzrə şahid qismində ifadə verən icra başçısı ehtiyatsız fikirlər səsləndirməklə özünü cəmiyyətin və hakimiyyətin hədəfinə çıxarıb.

Hurriyyet.az xəbər verir ki, A.Vəliyev şahid qismində qatıldığı məhkəmə prosesində jurnalist Ə.Zeynallının xahişi ilə qanunsuz tikintiyə icazə verdiyini etiraf edib.

Qeyd edək ki, məhkəmə prosesində A.Vəliyevə buna hüququnun çatmadığı xatırladılanda, o, qeyri-adi reaksiya verib: “Elə danışırsınız ki, guya Azərbaycanda yaşamırsınız...”

Sözügedən məhkəmə prosesində icra başçısı onu tənqid obyektinə çevirən digər ifadələr də işlədib. A.Vəliyev qanunsuz tikililəri sökməyə icazəsi olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bu cür qərarlar qəbul etdiyini gizlətməyib.

Aldığımız məlumata görə, 2012-ci ildən bəri Sabunçuya rəhbərlik edən A.Vəliyevin bu etirafları onu işsiz qoya bilər. Belə ki, məlum məhkəmə prosesindən sonra hakimiyyət əleyhdarları icra başçısının açıqlamalarını əsas gətirərək, ölkədə məmur özbaşınalığının hökm sürdüyünə dair iddialar səsləndirirlər. A.Vəliyevin ölkədə şok effekti yaradan etiraflarının hətta beynəlxalq təşkilatların hesabatlarında da yer alacağı gözlənilir.

Mütəxəssislərin fikrincə, Azərbaycan iqtidarına qarşı xarici və daxili təzyiqlərin artdığı bir vaxtda siyasi naşılıq göstərərək, üzvü olduğu komandanı zərbə altında qoymaq bağışlanılan hərəkət deyil. Ehtiyatsız açıqlamaları ilə iqtidar komandasını hədəfə çıxaran A.Vəliyevin 11 illik başçı karyerasına yaxın günlərdə son veriləcəyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
378 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...