İcra başçısının “erməni” adlandırdığı Bələdiyyə sədrindən növbəti ŞİKAYƏT - “Bir ildir maaş vermir”

İcra başçısının “erməni” adlandırdığı Bələdiyyə sədrindən növbəti ŞİKAYƏT -
Qazax bələdiyyəsəndə baş verən qanunsuzluqlar barədə xəbər vermişdik.

AMİA.AZ redaksiyasına Qazax bələdiyyəsi barədə şikayətlər daxil olmaqda davam edir. Redaksiyamıza adının çəkilməsini istəməyən bir bələdiyyə qulluqçusunun göndərdiyi müraciəti olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

“Mən artıq bir neçə ildir ki, Qazax bələdiyyəsində bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərirəm. Əvvəllər vaxtında maaş ala bilirdik. Amma indi mən və iş yoldaşlarım bir ilə yaxındır ki, əmək haqqı almırıq.

İndiyə kimi bələdiyyə büdcəsinə daxil olan vəsaitin məbləği 100 minlərlə manat olub.

2018 ci ildə Qazaxda ərik bağı adlanan ərazidə Qazax bələdiyyəsi 50 hektar torpaq sahəsini vətəndaşlara yaşayış evi tikdirmək üçün bir sotunu 800 AZN-ə satmasına baxmayaraq torpağın bir sotunun qiyməti 200 AZN-dən bələdiyyə büdcəsinə mədaxil edilib. Hər sotda 600 AZN mənimsənilib. Sədrimiz cənab Tofiq Orucov milyonlarla vəsaiti mənimsəyib.

Dəfələrlə əmək haqqımızın verilməsini tələb etsək də heç bir nəticəsi olmayıb. Axrıncı dəfə şikayət edəcəyimizi bildirəndə Tofiq müəllim bizi rayon icra hakimiyyətinin başçısı Rəcəb müəllimlə hədələdi. Mən və bir neçə iş yoldaşım da heç nə deyə bilmədik. Çünki digər iş yoldaşlarımın da ailə üzvləri digər dövlət orqanlarında işləyir. Qorxuruq ki, onları da işdən çıxardarlar. Ona görə çarəsiz vəziyyətdə qalıb sizin redaksiyanıza müraciət etməli olduq. Bilmirik nə edək. Bir el məsəlində deyildiyi kimi, “Yuxarı baxırsan bığ aşağı baxırsan saqqal”.

Bələdiyyədə olan bu özbaşnalıqlara nə vaxt son qoyulacaq biz də bilmirik. Düşünürük ki, heç olmasa bizim də bu müraciətimizi oxuyub, reaksiya verən bir dövlət orqanı tapılar”.

Xatırladaq ki, mətbuatda gedən məlumatlarda, Qazax rayon İcra Başçısı Rəcəb Babaşovun Bələdiyyə sədri Tofiq Orucovu təhqir etdiyi, onu “erməni” adlandırdığı yazılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
255 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...