"Təbriz" MTK-ya görə daha bir nəfər saxlanılıb - 171 nəfər zərərçəkən var

"Təbriz" MTK-ya görə daha bir nəfər saxlanılıb -
Bir mənzili bir neçə nəfərə satmaqda günahlandırılan "Təbriz" Mənzil-Tikinti Kooperativinin (MTK) həmtəsisçisi və rəhbəri Nofəl Hacıyevlə bağlı istintaq işi yekunlaşdırılaraq məhkəməyə göndərilib.

Qaynarinfo-nun məlumatına görə, aparılan istintaq zamanı MTK-nın qanuni təmsilçisi Məhəmmədov Talış Biyat oğlu da saxlanılıb.

Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunurlar.

Onların əməlindən ümumilikdə 171 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binası tikilib. MTK rəhbərliyi tərəfindən bir mənzil bir neçə nəfərə satılıb. Zərərçəkmişlər arasında tanınmış şəxslər, ziyalılar, şəhid ailələri də var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
318 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...