Naxçıvan MR Təhsil Nazirliyi repetitorluq monopoliyası yaradır? – NÖVBƏTİ İLGİNC İDDİA
Naxçıvan müəllimlərinin redaksiyamıza ünvanladıqları şikayət məktubunda irəli sürülən iddialara cavab “Hədəf” kurslarından gəlib.
Ovqat.com-un sosial mediada paylaşımının altına rəy yazan “Hədəf” kurslarının həmtəsisçisi və baş direktoru Şəmil Sadıqov Naxçıvanda MR Təhsil Nazirliyinin təşviqi ilə keçirilən sınaq imtahanlarının onlara dəxli olmadığını bildirib.
“Bəy, məncə, yaxşı araşdırsan, görərsən ki, adı çəkilən imtahanın bizə dəxli yoxdur və bizim Naxçıvanda belə bir lüksumyz yoxdur, təəssüflər olsun ki… Biz həmişəki kimi, dişimiz dırnağımız və torpilimiz olmadan çalışırıq. O qrupda paylaşılan da başqa bir kursun imtahanıdır, adını bilirəm, deməyim yanlışdır. Kiminlə mübarizə aparırsınız, aparın Hədəf Kurslarına toxunmayın, o safdır, pakdır, millidir və heç zaman da məmurlardan belə özəl dəstək almayıb, ala bilməyib”, - Şəmil Sadıqov bildirib.
Qeyd edək ki, adının açıqlanmasını istəməyən Naxçıvan müəllimlərindən birinin redaksiyamıza ünvanladığı məktubda Muxtar Respublika məktəblərinin hər birində pedaqoji heyət üçün WhatsApp qrupu yaradıldığı və bu qruplarda sinif rəhbərlərindən hansısa hazırlıq kursunun keçirdiyi sınaq imtahanlarına şagirdlərin cəlb olunmasının tələb edildiyi vurğulanırdı. Şikayətçi öz fikirlərini təsdiqləmək üçün WhatsApp qruplarında paylaşılan bir cədvəli də bizə göndərmişdi.
Şikayət məktubunda hazırda Naxçıvan MR Təhsil naziri funksiyasını həyata keçirən Elxan Nəcəfovun vaxtilə “Hədəf” kurslarının sınaq alış-satış şöbəsinə rəhbərlik etdiyi xatırladılır, dolayısıyla nazir əvəzinin bu hazırlıq kursuna himayədarlıq etdiyi, onun imtahanlarını Naxçıvan şagirdləri üçün məcburi hala gətirildiyi məntiqi ortaya çıxırdı. “Hədəf” kurslarının həmtəsisçisi və baş direktoru Şəmil Sadıqov iddialara cavabından göründüyü kimi, imtiyaz tanınan həmin kursun onlara aid olmadığını vurğulasa da, faktı inkar etmir, əksinə, “o qrupda paylaşılan da başqa bir kursun imtahanıdır, adını bilirəm, deməyim yanlışdır” sözləri ilə Naxçıvan MR Təhsil Nazirliyinin kiməsə himayədarlıq etdiyini bir növ təsdiqləyir.
O halda istər-istəməz bu suallar ortaya çıxır: Hökumətin əsas inzibati strukturlarından sayılan nazirlik 18 və ya 10 manata məcburi sınaq imtahanı keçirə bilərmi? Ən əsası, hansısa hazırlıq kursuna dövlət dəstəyinin verilməsi “Hədəf”in rəqabət və fürsət bərabərliyi imkanlarını məhdudlaşdırmırmı? Elədirsə, “Hədəf” kursunun rəhbəri niyə bu qeyri-qanuni fəaliyyətə göz yumur və himayə olunan rəqibinin adının açıqlamır?
Nə yazıq ki, bizim Şəmil Sadıqova ünvanladığımız bu sual cavabsız qaldı. Amma Naxçıvan Təhsil Nazirliyində çalışan şəxslərdən biri bizə verdiyi məlumatda bu suallara qismən aydınlıq gətirib. Mənbəmizin iddiasına inansaq, Şəmil Sadıqovla Elxan Nəcəfovun əvvəlki münasibətləri yoxdur, hətta “aralarında sərin yellər əsir”. Açığını desək, Şəmil Sadıqovun paylaşımımızın altına yazdığı rəydən də bu anlaşılırdı.
Mənbəmiz həmçinin xatırladıb ki, adı çəkilən şəxslər həmkəndlidirlər və Nehrəmdə öz kəndlisinin əleyhinə danışmaq xoş qarşılanmır: “Üstəlik, Elxan Nəcəfov vaxtilə Şəmil Sadıqovun yetişdiyi kadr olub. Onun indiki mərtəbəyə yüksəlməsində Şəmil Sadıqovun da böyük rolu var. Təbii ki, belə bir vəziyyətdə Şəmil müəllimin öz keçmiş yetirməsi barədə bəd danışması alicənablığa sığmaz. Ən əsası isə, “Hədəf”in də Naxçıvanda hazırlıq kursu açmaq kimi bir planı da ola bilər. Odur ki, Naxçıvanın Təhsil naziri funksiyasını yerinə yetirən birini hədəfə almaq “Hədəf”in maraqlarına cavab verməyə bilər”.
Mövqeyini öyrəndiyimiz bir başqa mənbə isə əslində gözləmədiyimiz halda tamamilə başqa bir məqama toxundu. Onun fikrincə, Naxçıvanda eyni zamanda həm müəllimlərin dərs saatından sonra məktəblərdə repetitorluğun qadağan edilməsi, həm də hansısa hazıqlıq kursuna dövlət səviyyəsində himayədarlıq olunması bir-biri ilə bağlantılı hadisələrdir: “Siz isə nədənsə tamamilə başqa mətləbləri saf-çürük edirsiniz. Himayədarlıq edilən hazırlıq kursunun adı “Hədəf” də ola bilər, “Sədəf” də. Məsələ bunda deyil. Əsl məsələ bir tərəfdən məktəblərdə fərdi hazırlıqların məhdudlaşdırılması, digər tərəfdən isə hansısa hazırlıq kursunun keçirdiyi sınaq imtahanlarının nazirlik səviyyəsində dəstəklənməsidir. Belə çıxır ki, Naxçıvan MR Təhsil Nazirliyi məktəblərdə repetitorluğun qarşısını almaqla bu sahədə monopoliya yaratmağa çalışır. Bax, əsl problem budur. Kimsə rəhbərlik etdiyi nazirliyin inzibati resurslarından öz şəxsi mənafeyi üçün yararlana bilməz”.
Qeyd edək ki, həqiqətən də bir müddət əvvəl Naxçıvan şəhər Təhsil şöbəsi adından məktəb direktorlarına bildiriş göndərilmiş və onlardan “ibtidal sinif şagirdlərinin dərsdən sonra fərdi hazırlıqlara cəlb edilməsinin aradan qaldırılması” tələb olunmuşdu.
“Naxçıvan şəhər ümumtəhsil müəssisələrinin rəhbərlərinə
Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində ibtidal sinif şagirdlərinin dərsdən sonra fərdi hazırlıqlara cəlb edilməsinin aradan qaldırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Tahsil Nazirliyinin 09 yanvar 2024-cü il tarixli, 1/010 nömrəli məktubu icra üçün Sizə göndərilir
Qoşma 1 (bir) vərəq
Naxçıvan Şəhər Təhsil Şöbəsi müdiri vəzifəsini müvəqqəti icra edən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri:
Gülxanım Orucova”, - sözügedən bildiriş vərəqəsində qeyd olunurdu.
İndi isə bir də məktəb direktorlarından məcburi sınaq imtahanlarının tələb olunması faktı təsdiqlənərsə, həqiqətən də mənbəmizin nigarançılığı haqlı çıxar.
370 dəfə oxundu