Nazirlik “Real Hospital”da yoxlama apardı – Pozuntular aşkarlandı

Nazirlik “Real Hospital”da yoxlama apardı –
“Real Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji sağlamlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, Səhiyyə Nazirliyi tərəfindən tərtib olunan protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 800 manatadək məbləğdə cərimə edilir.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.

Qeyd edək ki, klinika Yasamal rayonu Zahid Xəlilov küçəsi, 99 ünvanında yerləşir və buranın baş həkimi və qanuni təmsilçisi Rövşən Yusibov Sədrə oğludur. Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədova məxsus olduğu deyilən klinikanın bir filialı da Sumqayıtda yerləşən “Real” Tibb Mərkəzidir. Buranın da baş həkimi, qanuni təmsilçisi Əzimov Vidadi Abasət oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
365 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...