Bakıda satılan kolbasalarla bağlı ŞOK FAKTLAR – Donuz dərisi, quar saqqızı və…
“Donuzun, broyler toyuğunun, hinduşkanın, ördəyin dərisi…” Bircə qaşqaldağın dırnağı yoxdur. Əllərinə keçən quş-heyvanın dərisini kolbasa və sosislərin içinə doldurub, bər-bəzəkli etiketlərlə bəzəyib, birbaşa piştaxtaya çıxarırlar. Bakıdakı marketlər şəbəkəsində və mağazalarda satılan kolbasaların tərkibini istehlakçılar oxusalar yəqin ki, bir qara qəpik də kolbasa və sosislərə xərcləməzlər! Bir də ki, yemək həvəsi oxumaq həvəsindən həmişə irəlidə olub.
Tərkiblərə diqqət edək. Məsələn, Rusiya istehsalı olan “Qubernskaya” kolbasasının tərkibində donuz dərisi, hinduşka, toyuq dəriləri var. Rusiyada istehsal olunmuş “Bavarski” sosisləri də fərqli tərkibə malik deyil. Üstəlik sosisin tərkibi haqda məlumat dilimizə elə şəkildə tərcümə edilib ki, sosiskanın içinə Türkiyəni belə yerləşdiriblər! Toyuq ətini isə sosiallaşdırıblar!
“Bavariya” sosislərinin üzərində olan tərkib haqda, Azərbaycan dilinə tərcümə edilmiş məlumatı olduğu kimi təqdim edirik:
Soyutma: Bavariya kolbasası. İnqredientlər: MEXANIK YOLDA AYIRILMIŞ Broyler toyuq ət. Zülal stabilizator (porina və mal əti), su, donuz əti, zərdab. quru, kartof nişatası, şokolad-nitrit qarışığı (duz, natrium nitrit rəng konservitoru), duz, şəkər, turşuluğu tənzimləyicilər: natrium asetatlar və sitratlar, pirofosfatlar, trifosfatlar; qatilaşdiricilar: natrium alginat, karagenan, guar saqqizi, karboksimetilselüloz, E1422, E1414; stabilizatorlar polifosfatlar, antioksidan askorbin turşusu, ədviyyatlar və ədviyyat ekstraktlari, təzə sarımsaq, artırılan zəkal və inkişaf qlutamat monsolumu, tatlar, karmin boya. Tərkibinin iz miktarları Türkiyə və soya tərkibi ola bilər. yumurta, xardal, kərəviz, lobya və onlardan emal məhsullardan istifadə edir. 100 q məhsul üçün qidalanma dəyəri (orta dəyərlər): zülal 8 g, yağlar 18 q, karbohidratlar 3 q, və sonra): 0 c-dən +6 c-də hava temperaturunda yararlılıq müddəti 45 gün
İstehsalçi: ASC “Ompk”. Yer: Rusiya, 127254, Moskva, Oqorodnı pr-d, 18. tel.: (495) 980-53-90.
Rusiyanın məşhur “Cerkizovo” servelat kolbasasının tərkibi də donuz dərisindən xali deyil: Donuz əti, toyuq filesi, donuz piyi, donuz dərisi, mal piyi, su, quru süd, stabilizatorlar, qatılaşdırıcı, üzüm şəkəri, turşuluq tənzimləyicisi, ədviyyatlar və onların cövhərləri ( həmçinin kərəviz, xardal), süd zərdabı, dad və ətir gücləndiricisi, antioksidləşdiricilər, qlükoza, aromatizatorlar, boyaq maddələri (qırmızı düyü,karminlər), heyvan zülalı, buğda unu, boyama fiksatoru-natrium-nitrit. Məhsulun tərkibində xardal, qlüten, küncüt, süd, qoz, kərəviz, soya, yumurta izləri ola bilər.
Bundan əvvəl isə marketlərimizdə Belarusiyanın Vitebsk vilayətində istehsal olunan “Mortadella” kolbasaları satılırdı.
Həmin kolbasanın tərkibi isə belə idi: “Bişmiş, soyudulmuş birinci növ quş əti kolbasası “Mortadella”. Tərkibi: ət inqrediyentləri (sümükdən mexaniki üsulla ayrılmış toyuq əti, broyler toyuğun dərisi, içməli su, melanj, kartof nişastası, yodlaşdırılmış xörək duzu tərkibində yaprıxmaya qarşı agent – kalium ferrosionid var), noxud nişastası, qatılaşdırıcilar E407, E412, heyvan zülalı; (donuz dərisinin tozu), stabilizatorlar E450, E 452, turşuluq tənzimləyicisi E451, şəkər, antıoksidləşdiricilər, E330, dad və aroma gücləndiricisi E621, maya ekstraktı, ədviyyat (hil), aromatizatorlar (dadlandırıcılar vetçina araması, aromatizatot his), ədviyyat ekstraktı (muskat qozu), maltodekstrin, qida boyası E120 yodat, rəng fiksatoru – natrıum nitrit. Tərkibində qlüten, süd, xardal emalı məhsullarının qalıqları ola bilər”.
Maraqlıdır ki, istehlakçıların əksəriyyəti üstü bəzəkli kolbasa və sosisləri alarkən tərkib haqda məlumatlara fikir vermirlər. Fikir verənlərə isə tərkib haqda məlumatları oxumaq üçün mağazalarda böyüdücü şüşə olmalıdır. Tərkib məlumatları o qədər mikroskopik şirftlərlə yazılır ki, böyüdücü şüşə olmadan oxunması çətindir. Eyni zamanda yazıların əksəriyyətində ciddi səhvlər də var.
Bununla belə mağazalardan aldığımız qida məhsullarının tərkibi haqda məlumatlara diqqət etməyimiz vacibdir.
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a dedi ki, kolbasa və sosiskaların üzərində bu məlumatların yazılması yaxşı haldır: “Əslində, belə mallar əhalinin böyük əksəriyyəti üçün arzuolunmaz haldır. Donuz dərisindən jelatin hazırlanır. Bu gün satışda uşaqlar üçün rəngarəng konfetlər var, hansıların ki, tərkibi jelatindir, yəni donuz dərisidir. Donuz dərisi qidaya yumşaqlıq, elastiklik verir. Yaxşı haldır ki, qeyd olunan kolbasanın tərkibində donuz dərisinin olduğunu yazıblar. Yazmasaydılar bunu araşdıran, yazan olmazdı. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, buna baxmayaraq Ramazan ayında belə efirlərdə spirtli içkilər reklam olunur, piştaxtalara belə məhsullar çıxır”.
Eyyub Hüseynov istehlakçılara müraciət edərək aldıqları məhsulların, xüsusən kolbasa və sosiska məhsullarının üzərində olan tərkib haqda məlumatları oxumağa çağırıb: “Xüsusən xarici ölkələrdən gələn kolbasa və sosiska məmulatlarının üzərini yaxşı-yaxşı oxumaq lazımdır. Bundan başqa illərdir deyirik ki, istehlakçılar üçün məlumat standartları müəyyən olunsun. Böyük hərflərlə bütün malların üzərində tərkib haqda məlumat yazılsın. İstehlakçılar üçün məlumat standartları müəyyən edilmədikcə donuz dərisini də, toyuq dərisini də, digər heyvanların dərisini də əhaliyə yedirdəcəklər”.
Eyyub Hüseynovun sözlərinə görə, belə aldadıcı fəndlər – tərkib haqda məlumatların olduqca kiçik şriftlərlə yazılması halları Azərbaycanda da var: “Banklar müqavilə bağlayanda az qala oxunmaz ölçüdə olan şriftlə elə şərtlər yazırlar ki, sonradan həmin yazılanlara istinad edib müştərini fakt qarşısında qoyurlar. Bütün hallarda istehlakçıları aldıqları malların üzərində olan tərkib haqda məlumatları oxumağa çağırıram”.
485 dəfə oxundu