İki generalın adı keçən işlə bağlı qərar verildi - Çox sayda insan aldadılıb

İki generalın adı keçən işlə bağlı qərar verildi -
Müdafiə Nazirliyi 2-ci Ordu Birləşməsinin Qərargah rəisi, general-mayor Münasib Babayevin adından istifadə edib, müxtəlif şəxslərdən pul alan keçmiş hərbçiyə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1995-ci ildə İmişli rayonunda anadan olmuş Elmədin Əliyev 2016-cı ildən 2019-cu ilin yanvar ayınadək olan dövr ərzində Müdafiə Nazirliyinin Müşfiq qəsəbəsində yerləşən N saylı hərbi hissəsində MAHHXQ kimi çavuş rütbəsində xidmət edib, lakin 2019-cu ilin yanvar ayında öz təşəbbüsü ilə ərizə yazaraq xidmətdən xaric olunub.

Elmədin Əliyev həmin ildən sonra müxtəlif şəxslərə Müdafiə Nazirliyində nüfuzlu şəxslərlə və xüsusən də general-mayor Münasib Babayevlə münasibəti olduğunu deyib. O, hərbi sahədə işə düzəlmək istəyənləri həmin şəxslərin köməkliyi ilə işlə təmin edə biləcəyini deyərək onlardan müxtəlif məbləğlərdə pul alıb.

Təqsirləndirilən şəxs Sulduz adlı şəxsi hərbi xidmətə işə bərpa etmək müqabilində 1500 manat pulunu alıb. Həmin pulu guya Münasib Babayeva rüşvət qismində verməklə, onu işinə bərpa edəcəyini vəd verib. O, eyni üsuldan istifadə edərək digər şəxslərdən də 1000, 3000 və daha çox məbləğdə vəsait alaraq pullarını mənimsəyib.
Ətraflı

Zərərçəkmişlər Elmədin Əliyevdən hər dəfə pullarını tələb edəndə general-mayor Münasib Babayev və general-leytenant Rövşən Əkbərova arxalandığını bildirib. O, heç kimdən qorxmadığını qeyd edib.

Dələduzluğu ilə bağlı bir müddət axtarışda olan Elmədin Əliyev Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 42 nömrəli binanın 8-ci mərtəbəsinin blokunda saxlanılıb. Təqsirləndirilən şəxs saxlanılan zaman özü ilə bərabər polis əməkdaşına da bıçaqla xəsarət yetiribmiş.

Məhkəmənin hökmü ilə Elməddin Əliyev Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
298 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...