“Bakı Abadlıq Xidməti tarixi binaları təmir adı ilə məhv edir” – FOTOLAR

“Bakı Abadlıq Xidməti tarixi binaları təmir adı ilə məhv edir” –
Bakınım tarixi binaları “təmir” adı ilə məhv edilir. Bu binalar daha bir memarlıq vandalizminin qurbanı olmağa davam edir. Bütün bu işlərə isə bütün gün tarixi binaların qorunmasındam danışan, özünün hələ heç bir real işini görmədiyimiz Bakı Abadlıq Xidmətinin baş memarı Elçin Tofiq oğlu Əliyev rəhbərlik edir. O, hazırda, xüsusən tarixi binaları, memarlıq terroruna məruz qoyur.

Tribunainfo.az xəbər verir ki, bu barədə memar Dilqəm İsmayılov yazıb. O bildirib ki, sözügdedən qurum Bakının bütün tarixi binalarını məhv etməklə məşğuldur:

“Nə üçün bu binaları bu günə qoyurlar? Yaxşı bəs, Azərbaycan Memarlar İttifaqı – Union of Azerbaijan Architects, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti , Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Səbail Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti hara baxır?
Digər qurumlar, Bakını sevən insanlar niyə səssiz qalır, mən Bakı Abadlıq Xidmətinin, xüsusən Elçin Əliyevin, gördüyü bəzi, “bərpa-təmir” işləri zamanı, binalarım orijinal məhəccərlərinin yoxa çıxardığı haqqında post yazmışdım, amma təəssüf ki, Bakı Abadlıq Xidməti səssiz qaldı, Elçin Əliyev isə heç bir cavab verməyərək məni bütün sosial şəbəkələrdən bloka atdı.

Bəsdirin artıq, Bakını, onun tarixi binalarını məhv etdiyiniz, bu qədər də olmaz! Kimsə buna bir son qoyacaq? Bu birbaşa bu şəhərə, bu şəhərin tarixinə qarşı düşmənçilikdir”.

Qeyd: Fotolar memar Abdul Hüseynova məxsusdur.

Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

“Bakı Abadlıq Xidməti tarixi binaları təmir adı ilə məhv edir” –
“Bakı Abadlıq Xidməti tarixi binaları təmir adı ilə məhv edir” –
“Bakı Abadlıq Xidməti tarixi binaları təmir adı ilə məhv edir” –
“Bakı Abadlıq Xidməti tarixi binaları təmir adı ilə məhv edir” –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
247 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...