Göyçayda bələdiyyə sədri torpağı kimə satıb? – VİDEO
Göyçayın Çaxırlı kənd sakini Əsgərov Samir Zahid oğlu Tribunainfo.az-a müraciətində qardaşına məxsus torpaq sahəsinin qanunsuz olaraq əlindən alındığını bildirib.
O yazır ki, qardaşı Ramin Əsgərova məxsus 15 hektar örüş sahəsi Göyçay rayonu, Çaxırlı Bələdiyyəsinin sabiq sədri Orucəli Qəniyev tərəfindən saxta müqavilə ilə Əsgərova Ruhiyyə Valik qızına 99 illik icarəyə verilib. “Ruhiyyə Əsgərovanın həyat yoldaşı Vidadi Əsgərov isə 20 hektardan çox örüş sahəsini qazaraq süni göl yaradıb. Həmin 27.12.2006-cı il tarixli 27 saylı icarə müqaviləsi isə saxtalaşdırılaraq geri tarixə yazılıb. Hansı ki, həmin icarə müqaviləsi 2012-ci il tarixdə tərtib edilib”.
Samir Əsgərov bildirir ki, bu da məqsədli olub. “Çünki 2007-ci il tarixdə qəbul edilmiş qanuna əsasən bələdiyyə torpaqları mülkiyyət hüququ qeydiyyata alındqdan sonra hərrac vasitəsi ilə icarəyə verilə və ya satıla bilər.Həmçinin örüş torpaqlarının uzun müddətli icarəyə verilməsi və təyinatından kənar istifadə edilməsi 2007-ci il tarixdən qadağan olunub.
Həmçinin Ruhiyyə Əsgərovaya ilk olaraq müqavilə ilə 5 hektar torpaq sahəsi icarəyə verilmişdir. Bələdiyyə sədri sonradan həmin müqavilədə saxtakarlıqla dəyişiklik edib 5 rəqəmini 15 etmişdir”.
Göyçay sakini onu da yazır ki, Ruhiyyə Əsgərovanın həyat yoldaşı Vidadi Faxrət oğlu Əsgərov Rusiyada iş adamı olub, çox geniş maddi imkanı var. “O, maddi imkanlarından istifadə edərək, istəyini həyata keçirib”.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
342 dəfə oxundu