Azay Quliyevlə bağlı MSK-ya şikayət olundu: Nəticələr ləğv edilsin!

Azay Quliyevlə bağlı MSK-ya şikayət olundu:
“8 saylı seçki dairəsində saxta nəticələrin ləğv edilməsi üçün şikayət yazdım. Əlimizdə təkzibedilməz faktlar var”.

Tribunainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Müsavat Partiyasının sözügedən dairədən namizədi Mustafa Hacıbəyli bildirib. Onun sözlərinə görə, sabiq PA vəzifəlisi Əli Həsənovun parlamentdəki son nümayəndəsi olan Azay Quliyevin guya on minə yaxın səs toplaması haqda qanunsuz qərar ləğv edilməlidir: “Dairə ərazisində seçkiyə ümumilikdə 3 min civarında seçici gəlib. Onların da əksəriyyəti mənə və digər namizədlərə səs veriblər. Məqsədimiz mandat almaq deyil, bizi parlamentə buraxmayacaqlarını əvvəlcədən bilirdik. Məqsədimiz ədalət mücadiləsini bir addım da önə daşımaqdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
257 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...