AYNA-dan növbəti QANUNSUZLUQ – Parklanma müddəti bitmədən sürücülərdən əlavə xidmət haqqı tutur - FOTO

AYNA-dan növbəti QANUNSUZLUQ –
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə bağlı şikayətlər günü-gündən böyüməkdədir.

Yenicag.az xəbər verir ki, yarandığı gündən fəaliyyətsizliyi ilə tənqidlərə tuş gələn qurumun parkinq xidməti ilə bağlı vətəndaşlara törətdiyi hələ də problemlər bitib-tükənmək bitmir.

Belə ki, tanınmış jurnalist Aqil Camal sosial şəbəkəkədi səhifəsində AYNA-nın parkinq xidmətində vətəndaşın cibinə necə girdiyini ifşa edib. Jurnalist deyib ki, parkinq xidmətinin 1 saatı tamam olmamış qurum xidmətdən istifadə edən sürücülərin telefonuna bildiriş göndərib, parklanma müddətinin növbəti 2-ci saata keçdiyini bildirərək, əlavə xidmət haqqı tutur.

“Nə üçün paytaxtda parklamanın 50-ci dəqiqəsində “1 saatın tamam olması” barədə bildiriş gəlir? Bəlkə sürücü 1 saat tamam olmadan, 52-ci dəqiqədə avtomobilinə minib gedəcək. Amma 2-ci saata keçmiş sayılaraq, ikiqat ödəniş edəcək? Bu 10 dəqiqəyə oğruluq deyək, soyğunçuluq deyək, nə deyək…” – deyə o, bildirib.

Bundan əlavə, sosial şəbəkə istifadəçiləri AYNA-nın SMS sistemindəki texniki nasazlıqdan da şikayət ediblər. Jurnalist Ülkər Abdullayeva bununla bağlı qeyd edib ki, o, srağagün parklama üçün 2 dəfə SMS göndərsə də, sistemdə xəta olduğu üçün mesaj getməyib.

“Parkovka”da “AzParkinq”in nümayəndəsini axtardım, tapa bilmədim. Həkimin verdiyi vaxta tələsirdim deyə, maşını parklayıb, klinikaya girdim. Yarım saat sonra “parkovka”nı tərk etdim, 1 gün sonra cərimə gəldi. AYNA-ya göndərilməyən SMS-ləri, sistem xətasını və s. göndərdim ki, günah məndə deyil, operatordadır, cəriməni mənə niyə yazmısınız? Cavab verirlər ki, problemi mobil operatorla həll edin, məsləhət görürük ki, tətbiqi yükləyin. Tətbiqi yükləməyə məcbur edirlər. SMS xətasına görə cərimələnən “n” qədər tanıdığım adam var. 10 dəqiqə sonra təkrar SMS göndəriblər, amma cərimə gəlib. Məqsəd sistemdə süni problem yaradıb, sürücüləri cərimələyib pul toplamaqdır. Bu tətbiqin başında duranlar kütləvi saxtakarlığa görə cəza almalıdılar, amma hər gün bir bəhanə ilə camaatı soymağa davam edirlər”. – deyə o qeyd edib.
AYNA-dan növbəti QANUNSUZLUQ –

Sosial şəbəkə istifadəçilərinin digər bir kəsmi də AYNA-nı insanların cibinə girməkdə və soyğunçuluqda ittiham ediblər.

Qeyd edək ki, bu qurum, adətən, natamam fəaliyyəti ilə zaman-zaman gündəmə gəlib. Görünən odur ki, istər parkinq xidməti, istərsə də avtobusların sayının az olması və ictimai nəqliyyatla bağlı problemləri həll edə bilməyən qurum onun barəsində deyilənlərə etinasız yanaşmaqda davam edir.

Rafi Müslümov

www.yenicag.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
172 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...