“Azərdövlətlayihə” Baş Layihə İnstitutu satınalmalarda qanunlara neçə faiz əməl edir

“Azərdövlətlayihə” Baş Layihə İnstitutu satınalmalarda qanunlara neçə faiz əməl edir
“Azərdövlətlayihə” Baş Layihə İnstitutu satınalmalarda qanunlara neçə faiz əməl edir
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə”Dövlət Baş Layihə İnstitutu avtomobillərin cari təmiri və texniki xidmətinin satın alınması üzrə 29.08.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub və “İDEAL MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 224.182,6 manat məbləğində satınalma müqaviləsi bağladığını 05.11.2024-cü ildə dərc edib.

Qeyd edək ki, “Azərdövlətlayihə” İnstitutu tərəfindən nəzərdə tutulmuş cari təmir və texniki xidmətin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 673.548,60 manat müəyyən edilib.Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan görsəndiyi kimi satınalan təşkilatın müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçının təklif etdiyi qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən dövlət satınalmalarının internet portalında 22.10.2024-cü il tarixdə dərc edilmiş məlumatda isə 29.08.2024-cü ildə avtomobillərin cari təmiri və texniki xidmətinin satın alınması üzrə başlanılmış açıq tenderə yekun vurması və “İDEAL MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 448.559,54 manat məbləğində satınalma müqaviləsinin bağlamıağı planlaşdırdığını açıqlamışdı.

Aktualinfo.org 28 oktyabrda “Azərdövlətlayihə”Dövlət Baş Layihə İnstitutunun elektron poçtuna sorğu məktubu göndərərək ehtimal olunan qiymətdən dəfələrlə aşağı təklif olunan qiymət arasındakı fərqi əsaslandırıb ətraflı məlumat verməyi xahiş etmişdi.

Lakin göründüyü kimi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu 22.10.2024-cü il tarixdə dərc etdiyi məlumatdan fərqli olaraq 05.11.2024-cü ildə dərc etdiyi məlumatda “İDEAL MOTORS” MMC ilə daha aşağı qiymətlərlə müqavilə bağladığını açıqlayıb.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Azərdövlətlayihə” İnstitutu açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faiz deyil, 50 faizdən də aşağı qiymət təqdim etmiş “İdeal Motors” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Bu həm də “Azərdövlətlayihə” İnstitutunun göstəriləcək cari təmir və texniki xidmətə çəkiləcək xərclərin süni şəkildə şişirdildiyindən xəbər verir. Bu həm də “Azərdövlətlayihə” İnstitutunun satınalmalarda qanunları 50 faiz pozması deməkdir.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İDEAL MOTORS” (VÖEN: 1305797061) Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.11.2018-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HƏSƏNBƏY ZƏRDABİ PR., ev 88D, MƏHƏLLƏ 3166, qanuni təmsilçisi kimi isə Abbasov Zaur Vidadi oğlu qeyd olunub.

Göründüyü kimi “Azərdövlətlayihə” İnstitutu ilə “İdeal Motors” MMC MMC arasında bağlanmış satınalma müqavilələrində satın alınan malların qiyməti Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağıdır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Bu şübhələrə İnstitut tərəfindən aydınlıq gətirilməməsi isə özbaşınalıqdan başqa başqa bir şey deyildir.

Qeyd edək ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Müsəddin Namazovdur. O uzun müddətdir sözügedən institutda çalışıb. 2011-ci ilin dekabrından 2012-ci ilin sentyabrına kimi Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” DLİ İnstitutunun baş memarı vəzifəsində çalışmışdır. O, 10 oktyabr 2012-ci ildən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” DLİ-nin direktoru təyin olunmuşdur. Müsədin Namazov 27 may 2014-cü ildə fövqəladə hallar nazirinin əmri ilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru vəzifəsinə təyin olunub.



Aktualinfo.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
155 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...