Eldar Əzizovdan FİASKO: Bakıda qalan əcnəbilərin yerüstü keçidlə imtahanı - FOTO

Eldar Əzizovdan FİASKO:
Paytaxt Bakının COP-29- kimi mötəbər tədbirə ev sahibliyi etdiyi bir məqamda bəzi qurumlar işinin öhdəsindən düzgün gəlmir.

Yenicag.az xəbər verir ki, ölkəmizə səfər edən əcnəbilərin rahatlığını təmin etmək üçün dövlət qurumları tərəfindən görülən işlərə bəzi dairələr tərəfindən kölgə salınır.

Belə ki, bir çox hotellərin olduğu “Şıxov” ərazisində bir sıra təhlükəsizlik tədbirlərinin görülmədiyi üzə çıxıb.

Redaksiyamıza göndərilən fotolardan aydın olduğu kimi, həmin ərazidəki yerüstü piyada keçidləri baxımsız və bərbad vəziyyətdədir. İşıqlandırma sistemi olmayan keçidlərdən istifadə edənlər hər an yıxılma təhlükəsi ilə qarşılaşırlar. Üstəlik, keçidlərdəki sürahilər də qırılıb və tutmağa yer yoxdur.

Görünən odur ki, paytaxta normadan artıq yağış düşməsinin ölümlə nəticələnməsindən Eldar Əziziovun rəhbərlik etdiyi qurum dərs çıxarmayıb.


Eldar Əzizovdan FİASKO:
Eldar Əzizovdan FİASKO:
Eldar Əzizovdan FİASKO:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...