Suraxanı rayon Yeni Ramana qəsəbəsində inşa edilən obyektin rəsmi icazəsi yoxdur? - VİDEO

Son illər ölkə ərazisində qanunsuz tikililərin qarşısının alınması üçün dövlət qurumları tərəfindən aparılan tədbirlərə baxmayaraq, hələ də bu problem qalmaqda davam edir. Qanunsuz tikililərinin gizli yayıldığı ərazilərdən biri də Bakı şəhəri Surxanı rayonu olması barədə mətbuatda dəfələrlə məlumatlar dərc edilir.
AzFakt.com-un əldə etdiyi məlumata görə Suraxanı rayon Yeni Raman qəsəbəsi Samir Əliyev 19 ünvanında heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan obyekt tikilir.
Qeyd edək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq Suraxanı rayon Yeni Ramana qəsəbəsi Samir Əliyev 19 ünvanında inşa edilən obyektlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında məlumat yoxdur. Bu isə o anlama gəlir ki, inşa edilən obyektlə bağlı aidiyyatı qurumların rəsmi icazəsi yoxdur.
Tikintiyə özünü qazi kimi qələmə verən Ramin adlı maklerin rəhbərlik etdiyi, ancaq obyektin əsl sahibinin başqa sahibkar olduğu bildirilir.
Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.
132 dəfə oxundu