1000-ə yaxın sahibkar “Sədərək” bazarının rəhbərliyindən şikayətçidir... - Üstlərinə “qoçular” göndərildi

1000-ə yaxın sahibkar “Sədərək” bazarının rəhbərliyindən şikayətçidir... -
Sədərək” Ticarət Mərkəzində sahibkarlar etiraza başlayıb.

Gundeminfo.az xəbər verir ki, TM-nin rəhbərliyi mağazaları icazəsiz şəkildə böyüdərək, bunun üçün sahibkarladan külli miqarda pul tələb edir. Gundemxeber.az xəbər verir ki, bu barədə “Sədərək”dəki sahibkarlar Cebhe.info-ya müraciət ediblər. Hazırda 1000 nəfərə yaxın sahibkar “Sədərək” bazarının rəhbərliyindən şikayətçidir.
Şikayətçilərin sözlərinə görə, bazarın “Şirniyyat” adlanan zonasında yerləşən mağazaların həcmi məcburi şəkildə böyüdülür:

"Amma sahiblarkarlarla rəhbərlik arasında bununla bağlı heç bir razılaşma olmayıb və müqavilə imzalanmayıb. Artıqmadan əlavə, gördükləri iş üçün ikiqat vəsait tələb edirlər. Üstəlik, sahibkarların vəsaiti hissə-hissə ödəməsinə də razılaşmırlar. Hətta pul ödənilmədiyi üçün sahibkarlara təzyiqlər olunur və mağazaları bağlanılır. Məsələn, şəxsi obyekt olan 12 kvadrat olan bir mağazanı heç bir icazə almadan 24 kvadrat ediblər. Ümumilikdə 10, 12 və 15 kvadrtatmetr böyüdülən mağazalar da var. Bunun üçün əvvəl 5 min, sonra 6 min, indi isə 7-8 min manat pul istəyirlər. Mağazanı böyütməklə bağlı heç bir tələbimizin olmamasına rəğmən, 500 manat şəklində hissə-hissə belə ödəməyi təklif edirik. Amma bu iş üçün sahibkarlardan bir dəfəyə 7-8 manat pul tələb olunur. Bu ödənişin olmasına dair də heç bir qəbz də təqdim olunmur”.
Zərərçəkənlər mağazalarının icarədə deyil, sənədlə özlərinə məxsus olduğunu da bildiriblər:

“Bizim əlimizdə mağazaları aldığımıza dair müqavilələr də var. Bunun üçün böyük məbləğdə vəsait ödəmişik. İyunun 1-dən etibarən bu prosesə başlayıblar və camaatdan mağazanı artıqmaq adı ilə zorla pul yığırlar. Bir aya yaxındır ki, təmirlə bağlı mağazaların fəaliyyətini də dayandırıblar. Bunları etdirənlər “Sədərək”də rəhbərlikdə təmsil olunan Yusif Qədimbəyli və Ənvər Qədimbəyli heç kimə qulaq asmır. Bizim üstümüzə pul yığmaq üçün “qoçular” göndərirlər. Onlar bizi təhqir edirlər və hədə-qorxu gəlirlər. Buna baxmayaraq, heç bir sahibkar onlarla razılaşmayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...