10 saniyədə “satılan” güzəştli mənzillər təkrar satışa çıxarılır – Bu tarixdə

10 saniyədə “satılan” güzəştli mənzillər təkrar satışa çıxarılır –

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə daha 815 güzəştli mənzili satışa çıxarır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Agentliyin rəsmi saytında məlumat yerləşdirilirb.

“Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin, ümumilikdə 815 mənzilin satışı 15 sentyabr 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 22 sentyabr 2022-ci il tarixi saat 11:00-dək davam edəcəkdir”, – məlumatda deyilir.

Mənzillər və satış şərtləri ilə bağlı daha ətraflı məlumatla bu keçid vasitəsilə tanış olmaq mümkündür.

Xatırladaq ki, 30 mart 2022-ci il tarixdə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi olan Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsi üzrə 442 mənzilin güzəştli şərtlərlə satışı prosesi həyata keçirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi proqram təminatlarından istifadə etməklə mənzil seçimi prosesinə müdaxilə halları müşahidə edilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilib. Aparılmış araşdırma zamanı MİDA-nın növbəti layihəsi olan Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsi üzrə satışı həyata keçirilərkən mənzil seçimi sürətli keçmək şərti ilə müdaxilə edilməsi faktı öz təsdiqini tapıb. İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində həmin şəxslərin şəxsiyyəti müəyyən edilərək ifşa olunub, onlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində işin hallarından asılı olaraq müvafiq qəti-imkan tədbirləri seçilib. Əlavə olaraq, 1 nəfər barəsində beynəlxalq axtarış elan olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova mətbuata verdiyi açıqlamada 10 saniyə ərzində 211 mənzilin qanunsuz yollarla satıldığını bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...