Sumqayıt İcra Hakimiyyətindən sahibkarlara “sürpriz” – VİDEO

Sumqayıt İcra Hakimiyyətindən sahibkarlara “sürpriz” –
Sumqayıtda piyada səkiləri üzərində olan bütün obyektlər sökülür. Söküntü işləri şəhərin Məzahir Abdullayev küçəsində həyata keçirilir.

Hurriyyet.az xəbər verir ki, piyada səkiləri üzərində olan bütün obyektlərin ötən gündən etibarən söküntüsünə qərar verilib.

Sökülən obyektlərin sahibləri bildirir ki, onlara yazılı sürətdə heç bir qərar göstərilməyib.

Sumqayıt Şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinin əməkdaşı Əli Vəlizadə bildirib ki, sahibkarlara dəfələrlə yazılı və şifahi formada müraciət edilib.

Daha ətraflı Baku TV-nin süjetində:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
717 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...