DÇ-nin oyunları zamanı TRT-nin Azərbaycanda yayımı niyə dayanır?

DÇ-nin oyunları zamanı TRT-nin Azərbaycanda yayımı niyə dayanır?

Futbol üzrə Dünya Çempionatının oyunları keçirilən zaman TRT və Matç TV-nin Azərbaycanda yayımının dayandırılmasının səbəbi bəlli olub.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaydığı açıqlamada bildirilib.

“İctimai Televiziya və Radio Yayımları Şirkətinin Avropa Yayım Birliyi (EBU) ilə imzaladığı müqaviləyə görə, bu il 20 noyabr tarixindən Qətərdə başlayan Futbol üzrə Dünya Çempionatının (2022 FIFA World Cup) bütün oyunlarının Azərbaycan ərazisində müstəsna yayım hüququ yalnız İctimai TV və İctimai Radioya məxsusdur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Audiovizual Şurası, bütün yerli telekanallar, Kabel televiziyaları və IPTV-lər rəsmən məlumatlandırılıb. Futbol üzrə Dünya Çempionatının oyunları keçirilən zaman TRT və Matç TV-nin Azərbaycanda yayımının dayandırılması çox güman ki, həmin telekanalların bu oyunları ölkəmizdə yayım hüququnun olmaması ilə bağlıdır”, - açıqlamada deyilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
205 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...